Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
# 18 sentyabr 2024 11:52 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan parlamentini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunu ləğv etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə O, “X” platformasındakı paylaşımında bildirib.

“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi artıracaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu, ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur” - deyə Borell vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti LGBT təbliğatına qarşı olan "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun qəbul etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR