Bank Of Baku

Borrell: Gürcüstanın 9 prioritet sahə üzrə irəliləyişi yoxdur

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 08 sentyabr 2023 13:21 (UTC +04:00)

"Gürcüstanın Avropa ailəsinə məxsus olmasına heç bir şübhə yoxdur".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Avropa İttifaqı Gürcüstanın, gürcü xalqının Avropaya inteqrasiyası istiqamətində güclü istəyini görürür.

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Gürcüstan hökuməti ölkədə bütün siyasi güclərin Aİ-yə inteqrasiya istiqamətində konstruktiv işləməsi üçün mühit yaratmalıdır. Cozep Borrell bunu gürcü xalqının "milli cəhdi" adlandırıb.

"Siyasi gərginlikdən uzaqlaşmaq lazımdır və bu tarixi şans itirilməməlidir", o deyib.

Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, Gürcüstana namizədlik statusunun verilməsi bu ölkənin nəticələrinə və götürdüyü öhdəliklər istiqamətində qazandığı uğurlara əsaslanacaq. Borrell xatırladıb ki, Avropa Komissiyası 12 bəndlik prioritetlər siyahısı təqdim edib və Gürcüstan bu siyahıda 3 sahə üzrə irəliləyiş əldə edib.

"Hələ 9 prioritet sahəsi üzrə irəliləyiş yoxdur, ancaq bu istiqamətdə irəliləyiş üçün Gürcüstanın zamanı var".

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Gürcüstanda siyasi kəskinlik azaldılmalı, ədliyyə və elektoral sahələrdə islahatlar həyata keçirilməli, iqtisadiyyata oliqarxların təsiri aradan qaldırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR