Bank Of Baku

Borrell Kişinyovda Ukraynadan olan qaçqınlar üçün mərkəzə baş çəkib

Kiniyovda ukraynalı qaçqınlar üçün mərkəz

© APA | Kiniyovda ukraynalı qaçqınlar üçün mərkəz

# 03 mart 2022 15:02 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Moldovanın paytaxtı Kişinyovda Ukrayna vətəndaşları üçün olan qaçqınlar mərkəzinə baş çəkib.

APA-nın xəbərinə görə, bu barədə Cozep Borrell "Twitter"də bildirib.

"Rusiya qüvvələri dinc sakinləri atəşə tutmağa davam etdiyi üçün Ukraynanı tərk etməyə məcbur qalan insanların hekayələri məni sarsıtdı. Moldova xalqı böyük səxavət nümayiş etdirərək, təxminən 120.000 nəfərin təhlükəsiz keçidini təmin edir", - Aİ rəsmisi bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar yüz minlərlə Ukrayna vətəndaşı öz ölkəsini tərk edərək qonşu ölkələrə keçib.

Moldova xarici işlər naziri Niku Popesku bildirib ki, fevralın 24-dən martın 2-dək Moldova 114 000 ukraynalı qaçqını qəbul edib və onlardan 44 000-i artıq Moldovanı tək edərək digər ölkələrə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR