Tbilisidə səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, nazir Darçiaşvili görüşdən sonra mətbuata açıqlamasında Gürcüstan və Aİ arasında ikitərəfli format çərçivəsindəki bütün məsələlərin müzakirə edildiyini açıqlayıb.
Nazir vurğulayıb ki, Gürcüstan Aİ-nin tam üzvü olanadək ölkədə islahatlar prosesi davam edəcək.