Bank Of Baku

Böyük Britaniya ABŞ-dan F-35 qırıcıları alacaq

Böyük Britaniya ABŞ-dan F-35 qırıcıları alacaq
# 31 mart 2025 02:51 (UTC +04:00)

Böyük Britaniya Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dan F-35 qırıcıları alacaq.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

London bundan əvvəl Kral Donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd F-35B qırıcısı sifariş etmişdi. Onlardan 37-si artıq alınıb. Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik F-35A-ların alınması imkanını nəzərdən keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR