Bank Of Baku

Böyük Britaniya ilə Yaponiya arasında müdafiə müqaviləsi imzalanıb - YENİLƏNİB

Böyük Britaniya ilə Yaponiya arasında müdafiə müqaviləsi imzalanıb - YENİLƏNİB
# 11 yanvar 2023 21:28 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Yaponiyanın Baş naziri Fumio Kişida müdafiə müqaviləsi imzalayıblar.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisi məlumat yayıb.

Müqavilənin imzalanması ilə bağlı Rişi Sunak da "Twitter" hesabında paylaşım edib.

Baş nazir bildirib ki, Britaniya və Yaponiya qlobal çətinliklərlə mübarizə sahəsində ortaq maraqlara malikdir.

"Böyük Britaniya və Yaponiyanın həmişə olduğu kimi yaxın əməkdaşlıq etdiyini görmək çox xoşdur", - deyə o qeyd edib.

***

Saat 14:48

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Yaponiyanın Baş naziri Fumio Kişida müdafiə müqaviləsi imzalayacaq.

APA xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, bir əsrdən artıq dövrdə iki ölkə arasında ən əhəmiyyətli müdafiə sənədi hesab olunan müqavilə bu gün London Qəsrində imzalanacaq.

“İllərlə davam edən danışıqlar bu gün müdafiə və təhlükəsizlik əməkdaşlığını sürətləndirəcək və Böyük Britaniya ilə Yaponiyaya bir-birinin ərazisində qüvvələr yerləşdirməyə imkan verəcək imzalanma ilə yekunlaşacaq. Bu müqavilə həmçinin Böyük Britaniyanın Hind-Sakit okean təhlükəsizliyinə sadiqliyini möhkəmləndirəcək və hər iki ölkəyə daha geniş miqyaslı, daha mürəkkəb hərbi təlimlər və yerləşdirmələr planlaşdırmağa və həyata keçirməyə imkan verəcək. Böyük Britaniya, 1902-ci ildən bəri Böyük Britaniya və Yaponiya arasında ən mühüm müdafiə müqaviləsi olan Yaponiya ilə Qarşılıqlı Giriş Sazişinə malik olan ilk Avropa ölkəsi olacaq. Müdafiə müqavilələri yaxın həftələrdə Yaponiya və Böyük Britaniya parlamentlərinə təqdim ediləcək”, - Baş nazirin ofisinin yaydığı məlumatda bildirilib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə bildirib ki son bir ildə onun ölkəsi və Yaponiya arasında münasibətlər dərinləşib.
“Bizim çoxlu ortaq cəhətlərimiz var: dünyaya ümumi baxış, üzləşdiyimiz təhdidlər və çağırışlar haqqında ümumi yanaşma və öz mövqeyimizdən qlobal rifah naminə istifadə etmək, gələcək nəsillər üçün ölkələrimizin rifahını təmin etmək üçün ortaq ambisiya. Bu müqavilə xalqlarımız üçün olduqca əhəmiyyətlidir - o, Hind-Sakit Okean regionuna sadiqliyimizi möhkəmləndirir və iqtisadi təhlükəsizliyi gücləndirmək, müdafiə sahəsində əməkdaşlığımızı sürətləndirmək və yüksək ixtisaslı iş yerləri yaradan innovasiyaları təşviq etmək üçün birgə səylərimizi vurğulayır. Rəqabətin getdikcə artdığı bu dünyada demokratik cəmiyyətlərin çiyin-çiyinə dayanmağa davam etməsi, dövrümüzün misli görünməmiş qlobal çağırışları ilə mübarizə aparması həmişəkindən daha vacibdir”, - Baş nazir Rişi Sunak deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR