Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak BMT-nin noyabrın əvvəlində Misirdə başlayacaq iqlim dəyişikliyi konfransında iştirak etməmək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, bu qərar kabinetdə daxili tapşırıqların çox olması ilə izah edilib.
"Bu, nəinki payız büdcəsinə hazırlıqla əlaqədardır həmçinin digər təcili öhdəliklərin əllinə görədir”, - deyə Britaniya baş nazirinin mətbuat xidməti izah edib.
Britaniya baş nazirinin ofisi krallığın karbon neytrallığına sadiq olduğuna əmindir.
Krallığın keçmiş baş naziri Liz Trassın Misirdə BMT-nin iqlim sammitində iştirak edəcəyi gözlənirdi.