Bank Of Baku

Britaniya Baş naziri: “Zelenski sığınacaq təklifimi rədd etdi”

Böyük Britaniyanın Baş naziri Boris Conson, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş

© APA | Böyük Britaniyanın Baş naziri Boris Conson, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş

# 20 mart 2022 14:59 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu başlayarkən bu ölkənin Prezidenti Vladimir Zelenski və ailəsinə Britaniyada sığınacaq təklif edib.

APA-nın xəbərinə görə, B. Conson bunu “Sunday Times” nəşrinə müsahibəsində bildirib.

Britaniya Baş naziri V. Zelenskinin sığınacaq təklifini qəbul etmədiyini söyləyib: Vladimir Zelenski birmənalı bildirdi ki, Ukraynada qalır, onun borcu da həmvətənləri ilə birgə olmaqdır. Mən onunla fəxr edirəm. Vladimir Zelenski bir çox insanlar üçün ilham mənbəyi və qəhrəman bir hərbi liderdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR