Bank Of Baku

Britaniya Belarus basketbol yığmasının oyunçularının vizalarını ləğv edib

Böyük Britaniya

© APA | Böyük Britaniya

# 26 fevral 2022 18:12 (UTC +04:00)

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Belarusun basketbol üzrə milli komandasının vizalarını ləğv edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Priti Patel "Twitter" hesabında yazıb.

O deyib ki, Belarusun kişilərdən ibarət basketbol komandasının vizasını ləğv edib, onların sabah axşam Nyukaslda oyunu var idi.

"Böyük Britaniya Putinin Ukraynaya səbəbsiz və qeyri-qanuni işğalında iştirak edən ölkələrin milli idman komandalarını qəbul etməyəcək" - Priti Patel qeyd edib.

O bildirib ki, digər Belarus idmançılarını da ölkəyə buraxmaq niyyətində deyillər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR