Bank Of Baku

Britaniya bəzi viza xidmətlərini müvəqqəti dayandırıb

Britaniya bəzi viza xidmətlərini müvəqqəti dayandırıb
# 15 mart 2022 17:33 (UTC +04:00)

Böyük Britaniya təhsil, iş və ailə üzrə yeni viza müraciətləri üçün “prioritet” və “super prioritet” viza xidmətlərini müvəqqəti olaraq dayandırıb.

APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Ukraynada gedən müharibə ilə əlaqədar yaranan humanitar böhrana cavab olaraq Britaniya hökuməti “Ukrayna Ailə Mexanizmi” müraciətlərinə üstünlük verəcək və buna görə də təhsil, iş və ailə vizaları üçün müraciətlərə baxılması daha uzun çəkə bilər.

“Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR