Bank Of Baku

Britaniya Bosniya və Herseqovinanın serb liderlərinə sanksiya tətbiq edib

Milorad Dodik, Zeljka Cvijanoviç

© APA | Milorad Dodik, Zeljka Cvijanoviç

# 11 aprel 2022 16:23 (UTC +04:00)

Böyük Britaniya hökuməti Bosniya və Herseqovinanın serb liderlərinə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Böyük Britaniya bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü Milorad Dodik və Serb Respublikasının Prezidenti Zeljka Cvijanoviçə Bosniya və Herseqovinada sabitliyi pozan fəaliyyətlərinə görə sanksiya tətbiq edib.

Səyahət qadağaları və aktivlərin dondurulmasını ehtiva edən sanksiyalar paketi Böyük Britaniyanın Bosniya və Herseqovina sanksiyaları rejimi altında tətbiq etdiyi ilk məhdudiyyətdir.

Sanksiyalarla bağlı danışan Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, bu siyasətçilər regionda sülhü pozur.

“Bu iki siyasətçi Bosniya və Herseqovinada çətin qazanılmış sülhü qəsdən pozurlar. Onların Putin tərəfindən təşviq edilən ehtiyatsız davranışı Qərbi Balkanlarda sabitliyi və təhlükəsizliyi təhdid edir.

Bu sərt sanksiyalarla sülh düşmənlərinin məsuliyyətə cəlb olunacağını bir daha göstəririk”, - Böyük Britaniyanın XİN başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR