Bank Of Baku

Britaniya hərbi kəşfiyyatı: Rusiya Ukraynanın şimalını tam tərk edərək Belarusa çəkilib - VİDEO

Britaniya hərbi kəşfiyyatı: Rusiya Ukraynanın şimalını tam tərk edərək Belarusa çəkilib - VİDEO
# 08 aprel 2022 08:39 (UTC +04:00)

Rusiya qüvvələri Ukraynanın şimalından Belarusa və öz ölkəsinə doğru tam geri çəkilib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, çəkilən qüvvələrin ən az bir hissəsi Donbasda döyüşmək üçün Ukraynanın şərqinə göndəriləcək.

Əlavə olunub ki, bu hərbi bölmələrin bir çoxunun Şərqə göndərilmədən əvvəl nəzərəçarpan səviyyədə özünü toplamağa ehtiyacı olacaq və bu səbəbdən onların bu istiqamətdə yerləşdirilməsi ən azı bir həftə çəkəcək.

Məlumatda o da qeyd olunub ki, Rusiya Ukraynanın şərqdəki və cənubdakı şəhərlərini top atəşinə tutmağa davam edir.

Rusiya qüvvələri nəzarəti ələ keçirdikləri strateji əhəmiyyətli İzyum şəhərindən daha cənuba doğru hücuma keçiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR