“Böyük Britaniya hökuməti hələlik Ukraynaya tankların tədarükü ilə bağlı yekun qərar qəbul etməyib”.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Böyük Britaniya Baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi bildirib.
Qeyd edilib ki, hazırkı mərhələdə tankların tədarükü ilə bağlı yekun qərar qəbul edilməyib: "Bu cür məsələlərlə bağlı qərarlar qəbul olunmayana qədər biz hansı texnikanın göndərilə biləcəyi və ya göndərilməyəcəyi ilə bağlı fərziyyələri şərh etmirik".
O əlavə edib ki, Britaniya Qərb müttəfiqləri ilə birlikdə Kiyevə hərbi yardım göstərilməsi məsələlərini ukraynalı həmkarları ilə müzakirə etməyə davam edəcək.