Bank Of Baku

Britaniya Hörmüz boğazını açmağa kömək üçün ABŞ-a mütəxəssis göndərib

Britaniya Hörmüz boğazını açmağa kömək üçün ABŞ-a mütəxəssis göndərib
# 19 mart 2026 05:41 (UTC +04:00)

Böyük Britaniya Hörmüz boğazını açmaq üçün plan hazırlamaq məqsədilə ABŞ-a hərbçilərdən ibarət kiçik bir qrup göndərib.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Britaniyalı mütəxəssislərin Yaxın Şərqdə hərbi əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahının yerləşdiyi Florida ştatının Tampa şəhəri yaxınlığındakı MakDill Hərbi Hava Qüvvələri Bazasına getdiyi bildirilir.

Qəzetin məlumatına görə, Britaniya mütəxəssislərindən gəmilərin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün planlaşdırma və variantların hazırlanmasında kömək tələb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR