Bank Of Baku

Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB

Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB
# 09 noyabr 2026 17:35 (UTC +04:00)
0:00 / 0:00
80%

Polşada noyabrın 7-də baş verən terror aktından sonra beş nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska bildirib.

Onun sözlərinə görə, Polşa Mərkəzi Kibercinayətkarlıq Bürosunun əməkdaşları Krakovda baş verən terror aktından sonra beş nəfəri saxlayıblar.

***

10.46

Polşanın Krakov meydanında silahlı hücumla altı nəfəri qətlə yetirən şəxs xəstəxanada ölüb.

APA xəbər verir ki, bu barədə yerli polis orqanı məlumat yayıb.

Məlumata görə, Polşa sakini polis əməkdaşları ilə atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 7 noyabrda Krakovda bazar meydanında avtomobildən yoldan keçənlərə atəş açılıb. Altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki polis məmuru, Rusiya, Britaniya vətəndaşları da olub.

Hücumun motivi məlum deyil. Polşa Baş naziri Donald Tusk hadisəni terror aktı adlandırıb.

Daha sonra hücum edən şəxsin evində üç nəfərin meyiti tapılıb. Onların silahlı şəxsin ailə üzvləri olduğu bildirilib.

Hadisə ilə əlaqədar Polşada iki günlük milli matəm elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR