Bank Of Baku

Britaniya kəşfiyyatı: Mariupol uğrunda döyüşlər intensivləşib - VİDEO

Britaniya kəşfiyyatı: Mariupol uğrunda döyüşlər intensivləşib - VİDEO
# 11 aprel 2022 09:36 (UTC +04:00)

Rusiya silahlı qüvvələri Donetsk və Luqans regionlarının top atəşinə tutulmasını davam etdirib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın həmin regionlarda bir neçə hücumunu dəf edib, nəticədə Rusiya ordusunun tankları, nəqliyyat və artilleriya vasitələri sıradan çıxarılıb.

Vurğulanıb olunub ki, Rusiya idarəolunmayan bombalardan istifadəni davam etdirib və bu, hədəfə alma və zərbələr endirmə zamanı növbəti mülki itkilərə səbəb olmaq riskini çox artırır.

Məlumatda Mariupol uğrunda döyüşlərin intensivləşdiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR