Bank Of Baku

Britaniya kəşfiyyatı: Mariupolda humanitar vəziyyət pisləşir

Britaniya kəşfiyyatı: Mariupolda humanitar vəziyyət pisləşir
# 06 aprel 2022 10:18 (UTC +04:00)

Ukraynanın cənubunda yerləşən Mariupol şəhərində humanitar vəziyyət pisləşir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, mühasirədə saxlanılan şəhərdə ağır döyüşlər və aviasiya zərbələri davam edib.

Vurğulanıb ki, şəhərdə qalan 160 min sakin işıqsız, dərmansız, istilik və susuz, kommunikasiyasız qalıb.

Qeyd olunub ki, Rusiya qüvvələri ehtimal ki, müdafiəçilərin təslim olmasına təzyiq göstərmək məqsədi ilə şəhərə humanitar yardımın çatdırılmasına mane olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR