Apreldə Rusiyanın gündəlik itkiləri təxminən 30 faiz azalıb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, Ukrayna Baş Qərargahının martda yaydığı məlumatında Rusiyanın gündəlik itkilərinin sayı ortalama 776 olub, apreldə isə 568 olub.
Məlumatda bildirilib ki, müdafiə kəşfiyyatı Ukraynanın dəqiq metodologiyasını təsdiqləyə bilmir, lakin ümumi trend böyük ehtimal ki, dəqiqdir.
Əlavə olunub ki, Rusiyanın itkilərinin azalması onun qış hücumunun məqsədlərinə çata bilməməsi ilə əlaqədardır və indi Rusiya qüvvələri gözlənilən Ukrayna əks-hücumuna hazırlaşmağa fokuslanıblar.