Bank Of Baku

Britaniya kəşfiyyatı: Rusiya Donbass regionuna fokuslanıb

Britaniya kəşfiyyatı: Rusiya Donbass regionuna fokuslanıb
# 09 aprel 2022 10:16 (UTC +04:00)

Rusiya Ukraynanın şərqindəki Kramatorsk dəmiryolu stansiyasına ölümlə nəticələnən raket zərbəsi endirməsində olduğu kimi qeyri-döyüş hədəflərlərinə zərbə endirməyə davam edir.

APA-nın xəbərinə görə, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, ötən gün Rusiya qüvvələri Donbas regionuna, Mariupol və Nikolayevə fokuslanıb və hücumlar Rusiya hərbi dəniz qüvvələri tərəfindən buraxılmış qanadlı raketlərlə dəstəklənib.

Vurğulanıb ki, bununla əlaqədar Rusiyanın Ukraynanın şərqində və cənubunda hava aktivliyini artıracağı gözlənilir.

Məlumatda o da olunub ki, Ukraynalıların güclü müqaviməti sayəsində Rusiyanın Krım və Donbas arasında quru dəhlizi əldə etmək ambisiyalarının qarşısı alınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR