Bank Of Baku

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada 23 ədəd Ka-52 helikopteri itirib

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada 23 ədəd Ka-52 helikopteri itirib
# 25 oktyabr 2022 11:07 (UTC +04:00)

Rusiya Ukraynada 23 ədəd Ka-52 HOKUM B hücum helikopteri itirib.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, sözügedən helikopterlərin vurulmasına dair ən azı 23 təsdiqlənmiş hal mövcuddur. Vurğulanıb ki, Rusiya hava qüvvələrinin istismarında ümumilikdə 90 ədəd Ka-52 HOKUM B helikopteri mövcuddur və bu həmin helikopterlərin 25%-nin itirildiyini göstərir. Vurğulanıb ki, Rusiyanın Ukraynada itirdiyi helikopterlərin təxminən yarısı Ka-52 HOKUM B hücum helikopteridir.

Məlumatda vurğulanıb ki, Rusiyanın hücum təyyarələri Ukraynada əsasən daşınan HHM sistemləri (MANPAD) vasitəsilə vurulub.

Məlumatda Rusiyanın hələ də Ukraynada hava üstünlüyü əldə edə bilmədiyi, artilleriya sursatının tükənməkdə olduğu qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR