Bank Of Baku

Britaniya kəşfiyyatı: Rusiyanın əsas diqqəti Ukrayna ordusunu deqradasiyaya uğratmağa yönəlib

Britaniya kəşfiyyatı: Rusiyanın əsas diqqəti Ukrayna ordusunu deqradasiyaya uğratmağa yönəlib
# 24 fevral 2023 10:30 (UTC +04:00)

2014-cü ildən bəri Rusiyanın Ukraynadakı strateji hədəfi ardıcıl olub: qonşusuna nəzarət etmək. 2014-2021-ci illər ərzində o, bu məqsədini təxribat yolu ilə, Donbasda elan olunmamış müharibəni qızışdırmaqla və Krımı ilhaq etməklə həyata keçirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

"2022-ci il fevralın 24-də Rusiya yanaşmasını dəyişdi, bütün ölkəni ələ keçirməyə və hökumətini devirməyə cəhd edən genişmiqyaslı işğala başladı. Lakin 2022-ci ilin aprelinə qədər Rusiya bunun uğursuz olduğunu anladı və diqqətini Donbas və cənub üzərində öz hakimiyyətini genişləndirməyə və rəsmiləşdirməyə yönəltdi. O, bu istiqamətdə yavaş və çox baha başa gələn irəliləyişə nail oldu", - məlumatda deyilir.

Kəşfiyyat Xidməti məlumatında qeyd edib ki, son həftələr Rusiya yanaşmasını yenidən dəyişib: “Onun kampaniyası indi çox güman ki, əsas diqqət mərkəzində yeni ərazilərin ələ keçirilməsinə deyil, Ukrayna ordusunu deqradasiyaya uğratmağa yönəlib. Rusiya rəhbərliyi ölkənin əhali və resurslar baxımından üstünlüklərinin Ukraynanı tükəndirəcəyinə inandığı uzunmüddətli əməliyyat həyata keçirir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR