Bank Of Baku

Britaniya kəşfiyyatı: Rüstəm Muradov Ukraynadakı ağır itkilərə görə vəzifəsindən uzaqlaşdırılıb

Rüstəm Muradov

© APA | Rüstəm Muradov

# 06 aprel 2023 11:14 (UTC +04:00)

Rusiya sosial mediasında da iddia edildiyi kimi, Rusiya Müdafiə Nazirliyi çox böyük ehtimal general-polkovnik Rüstəm Muradovu Ukraynadakı Şərq Qüvvələr Qrupunun komandanı vəzifəsindən uzaqlaşdırıb.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti yaydığı məlumatda bildirib.

Qeyd olunub ki, Rüstəm Muradovun rəhbərlik etdiyi Şərq Qüvvələri Qrupu Uqledar şəhəri istiqamətində son aylarda olduqca ağır itkilər verib: "Donetsk vilayətinin Uqledar şəhərinə dəfələrlə hücuma baxmayaraq, onlar şəhəri ələ keçirə bilməyib. Əməliyyatlar, Muradovun rəhbərlik etdiyi qoşunları da daxil olmaqla, rus şərhçiləri tərəfindən kəskin ictimai tənqidlərə səbəb olub".

Kəşfiyyat xidməti bildirib ki, bu, Rusiya ordusunda 2023-cü ildə indiyədək ən yüksək səviyyəli vəzifədən azad edilmə halıdır .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR