Bank Of Baku

Britaniya kəşfiyyatı: Ukrayna əhalisinin 1/4-i evini tərk etməyə məcbur olub

Britaniya kəşfiyyatı: Ukrayna əhalisinin 1/4-i evini tərk etməyə məcbur olub
# 03 iyul 2023 11:52 (UTC +04:00)

Müharibədən əvvəl 44 milyon nəfər olan Ukrayna əhalisinin 1/4-i Rusiya işğalı səbəbi ilə öz evini tərk etməyə məcbur olub.

APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Ukrayna rəsmiləri 2023-cü ilin 29 iyununda fövqəladə vəziyyət qanunu çərçivəsində 2022-ci ilin iyulundan sonra 139 min nəfərin döyüş zonalarından Ukraynanın nəzarətində olan Donetsk, Xarkov və Xerson regionlarına təxliyə edildiyini açıqlayıb.

“Bu Ukraynanın davam edən daha geniş yerdəyişmə böhranının yalnız bir hissəsidir. BMT 6,3 milyon ukraynalının qaçqın olaraq qaldığını, 5 milyondan çox ukraynalının köçkün olduğunu təxmin edir”, - məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR