Britaniya Navalnının ölümünə görə həbsxana rəhbərliyinə sanksiya tətbiq edib

Britaniya Navalnının ölümünə görə həbsxana rəhbərliyinə sanksiya tətbiq edib
# 21 fevral 2024 16:35 (UTC +04:00)

Böyük Britaniya rusiyalı müxalif lider Aleksey Navalnının ölümünə görə saxlanıldığı cəzaçəkmə müəssisəsinin 6 yüksək rütbəli rəhbərinə sanksiya tətbiq edib.

APA BBC-yə istinadən xəbər verir ki, Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əsasən, sözügedən şəxslərin aktivləri dondurulub və onların Britaniyaya səfərinə qadağa qoyulub.

Sanksiya tətbiq edilənlərdən biri cəzaçəkmə müəssisəsinin rəisi, beşi isə onun müavinləridir.

“Navalnıya qəddar münasibətə görə məsuliyyət daşıyanlar heç bir illuziyaya qapılmamalıdırlar, biz onları məsuliyyətə cəlb edəcəyik”, – Böyük Britaniyanın xarici işlər naziri Kemeron deyib.

Britaniya hökuməti həmçinin Navalnının meyitinin dərhal ailəsinə təhvil verilməsinə və şəffaf araşdırma aparılmasına çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR