Bank Of Baku

Britaniya polisi ABŞ bazasının yaxınlığında saxlanılan şəxslərin avtomobillərində partlayıcı tapmayıb

Britaniya polisi ABŞ bazasının yaxınlığında saxlanılan şəxslərin avtomobillərində partlayıcı tapmayıb
# 30 sentyabr 2026 04:13 (UTC +04:00)

Böyük Britaniya polisi ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Feyrford aviabazasının yaxınlığında saxlanılan şəxslərin avtomobillərində partlayıcı qurğu aşkar etməyib.

"AP" agentliyinin məlumatına görə, bunu London polisinin komissar köməkçisi və terrorla mübarizə bölməsinin rəhbəri Lorens Teylor bildirib. Onun sözlərinə görə, avtomobillər hərbi texnika və kriminalistika mütəxəssislərinin iştirakı ilə ətraflı yoxlanılıb.

“Əldəqayırma partlayıcı qurğuların aşkar edilmədiyini təsdiqləyə bilərik. Bununla yanaşı, müəyyən miqdarda benzin götürülüb”, – deyə Teylor qeyd edib.

Sentyabrın 27-də İngiltərənin qərbindəki Qlosterşir qraflığında yerləşən Feyrford aviabazasının yaxınlığında 20 yaşlarında olan beş London sakini saxlanılıb. Şübhəlilər daha sonra girov müqabilində sərbəst buraxılıblar. Teylor bu qərarın istintaq çərçivəsində aparılan qiymətləndirmə əsasında qəbul edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR