Bank Of Baku

Britaniya "Qazprombank", "Alfa Bank" və "Sovkomflot"a sanksiyalar tətbiq edib

Britaniya "Qazprombank", "Alfa Bank" və "Sovkomflot"a sanksiyalar tətbiq edib
# 24 mart 2022 13:58 (UTC +04:00)

Böyük Britaniya cümə axşamı elan edilən sanksiyaların son raundunda Rusiyanın "Qazprombank" və "Alfa Bank"ın, həmçinin dövlətə məxsus gəmiçilik şirkəti "Sovkomflot"un aktivlərini dondurub.

APA xarici mətbuata istinadən xəbər verir ki, onlar sanksiya siyahısına əlavə edilən 59 fiziki və hüquqi şəxs arasında olublar.

Sanksiyalar həmçinin, "Rusiya Dəmir Yolları"nı və Rusiya pilotsuz təyyarələrinin əsas istehsalçısı olan "Kronshtadt" müdafiə şirkətini də hədəflənib. Özəl hərbi podratçı "Wagner Group"a da sanksiya tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR