Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Rusiya və Ukrayna arasında sülh danışıqlarının perspektivlərinə şübhə ilə yanaşdığını bildirib.
APA-nın London bürosunun xəbərinə görə, bu barədə britaniyalı nazir BBC-yə açıqlamasında deyib.
Liz Tras Rusiya tərəfinin sülh danışıqlarına ciddi yanaşmaq üçün atəşkəs rejimini tətbiq etməli və qoşunlarını geri çəkməli olduğunu vurğulayıb.