Britaniya hökuməti Rusiyanın təhsil naziri Sergey Kravtsova qarşı Moskvanın ukraynalı uşaqları məcburi deportasiya etməsi səbəbindən yeni sanksiyalar tətbiq etdiyini bildirib.
APA-nın London müxbiri xəbər verir ki, Britaniya Rusiyanın Ukrayna milli kimliyini məhv etmək cəhdlərinə cavab olaraq 14 nəfərə sanksiya tətbiq edib. Qeyd edilib ki, onlardan 11-i uşaqların zorla köçürülməsində iştirak edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məsələ ilə bağlı açıqlama verib:
"Onun uşaqların məcburi deportasiyası ilə bağlı ürküdücü proqramında və onun köməkçiləri tərəfindən həyata keçirilən nifrətlə dolu təbliğatda biz Putinin əsl niyyətini görürük - Ukraynanı xəritədən silmək".
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova da Ukraynada sabitliyi pozan və ya ərazi bütövlüyünü təhdid edən siyasət və hərəkətləri təşviq etdiyinə görə sanksiyaya məruz qalıb.