Bank Of Baku

Britaniya Ukraynaya döyüş maşınları tədarük edəcək

Britaniya Ukraynaya döyüş maşınları tədarük edəcək
# 12 iyul 2023 04:49 (UTC +04:00)

Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya döyüş maşınları və “Challenger 2” tankları üçün minlərlə mərmi verəcək.

APA xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Məlumata görə, uzunmüddətli ikitərəfli təhlükəsizlik paktı üzərində işləməkdən əlavə, Böyük Britaniya Ukraynaya 70-dən çox döyüş və köməkçi maşın tədarük edəcək. Bundan əlavə, London Böyük Britaniyanın əvvəllər tədarük etdiyi hərbi texnikanın təmiri üçün 50 milyon funt sterlinq (65 milyon dollar) ayıracaq. Habelə NATO-nun himayəsi ilə Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin reabilitasiyası üçün tibb mərkəzi yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR