Bank Of Baku

Britaniya Ukraynaya yeni səfir təyin edib

Britaniya Ukraynaya yeni səfir təyin edib
# 06 iyul 2023 18:13 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya yeni səfir təyin edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Martin Harris ölkənin Ukraynada yeni səfiri təyin olunub. O, bu postda Melinda Simmonsu əvəz edəcək.

Harris 2023-cü ilin sentyabrında səfir kimi fəaliyyətə başlayacaq.

"Səfirliyimizin Ukrayna hökumətini və xalqını öz ölkəsini və ümumi dəyərlərimizi müdafiə etdiyi bir zamanda Ukraynaya qayıtmaqdan şadam. Böyük Britaniyanın Ukrayna ilə əlaqələri heç vaxt bu qədər güclü olmayıb və biz Ukraynanın yanında olmağa davam edəcəyik", Martin Harris bildirib.

Martin Harris 2003-2008-ci illərdə Kiyevdə olub və orada nümayəndəlik rəhbərinin müavini və baş konsul vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR