Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli Finlandiyanın NATO-ya üzv olmasını alqışlayıb.
APA-nın Britaniya bürosunun xəbərinə görə, nazir bu günün tarix kitablarına düşəcəyini deyib:
“Rusiya öz təcavüzü ilə bizi parçalayacağını düşünürdü. Əksinə, biz bir-birimizə daha sıx bağlıyıq, azadlıq və qanunun aliliyi prinsiplərini qətiyyətlə müdafiə edirik. Gəlin açıq deyək ki, bizim qapımız açıqdır. Biz İsveçin tezliklə üzv olması üçün səy göstərməyə davam edəcəyik”,- deyə C.Kleverli qeyd edib.