Britaniyanın xarici işlər naziri Ceyms Kleverli hesab edir ki, Ukrayna bürokratik əngəllər olmadan, sürətləndirilmiş prosedur üzrə NATO-ya daxil ola bilər, lakin o, bunun nə vaxt baş verəcəyini bilmir.
APA-nın London müxbiri xəbər verir ki, o, bu barədə İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə deyib.
"İnanıram ki, Ukrayna bunu (alyansa qoşulmağı) İsveç və Finlandiya ilə olduğu kimi, həmişəki bürokratik qaydalar olmadan edə bilər", - nazir bildirib.
O, münaqişənin nə qədər davam edəcəyinin bilinmədiyini əsas gətirib. Onun sözlərinə görə, elə bu səbəbdən Ukraynanın alyansa nə vaxt qoşulacağını dəqiq bilmir.
“Ukraynadakı ordu indi NATO standartlarına uyğun silah və təlimlər vermək təcrübəsinə malikdir”, – o əlavə edib.
Ceyms Kleverli sülhə çağıranlara, məsələn, Vatikana hörmətlə yanaşdığını bildirib: “Ancaq bu, səthi və ya illüziya deyil, real sülh olmalıdır. Danışıqlar üçün əsas yalnız Ukraynanın suverenliyinin daimi bərpası ola bilər. Biz lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcəyik".