“Rusiyadan neft, qaz və kömür də daxil olmaqla, karbohidrogenlərdən asılılığı azaltmalıyıq”.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniyanın xarici işlər naziri Liz Trass Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
“Heç bir Rusiya bankının SWIFT-ə çıxışının olmadığına əmin olmalıyıq”, - nazir bildirib.
XİN başçısı qeyd edib ki, Rusiya Ukraynada məğlub olmalıdır: “Biz Rusiya tanklarını dayandırmaq üçün Ukraynaya müdafiə silahları ilə kömək edərək daha çox iş görməliyik. İkincisi, biz NATO-nun şərq cinahını gücləndiririk və Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələri vasitəsilə Avropanın təhlükəsizliyini dəstəkləyirik”.
Liz Trass sabah Brüsseldə keçiriləcək Aİ-nin Xarici İşlər Şurasının növbədənkənar iclasında iştirak edəcəyini də təsdiqləyib.