Bank Of Baku

Britaniyada “Russia Today” telekanalının yayım lisenziyası ləğv edilib

Britaniyada “Russia Today” telekanalının yayım lisenziyası ləğv edilib
# 18 mart 2022 17:17 (UTC +04:00)

Böyük Britaniyanın media tənzimləyicisi (Ofcom) “Russia Today” telekanalının Birləşmiş Krallıq ərazisində yayım lisenziyasını ləğv edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, qərar telekanalın Kremllə əlaqəsi ilə izah edilib.

Qərarda qeyd olunub ki, “Russia Today” Ukraynanın işğalına başlamış və müstəqil jurnalistikanı kriminallaşdıran Rusiya dövləti tərəfindən maliyyələşdirilir.

Əlavə olunub ki, qeyd olunanlar nəzərə alınmaqla “Russia Today” telekanalının Böyük Britaniya yayım qanunvericiliyinin tərəfsizliklə bağlı qaydalarına uyğunluğu mümkünsüzdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR