Böyük Britaniyada son sutka ərzində 89 176 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 16 333 980 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 277 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 155 317 nəfərə çatıb.