Böyük Britaniyanın Xarici İşlər Nazirliyi britaniyalı diplomatların ailələrinə İsraildən çıxmağı tövsiyə edib.
APA xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Buna səbəb kimi İsraildə vəziyyətdən kəskin dəyişməsi göstərilib.
Xarici İşlər Nazirliyindən məlumat təsdiqlənib.
Britaniya səfirliyinin əməkdaşlarının yaxınlarının iki aydan tez Tel-Əvivə qayıda bilməyəcəyi də vurğulanıb. Səfirliyin əməkdaşlarına nə qədər ki, İsraildə sərhəd-keçid məntəqələri açıqdır, hərəkətə keçmək tövsiyəyə daxildir.