Bank Of Baku

Britaniyanın gələcək baş naziri rəqəmsal şəxsiyyət vəsiqələrindən imtina edəcəyini vəd edib

Britaniyanın gələcək baş naziri rəqəmsal şəxsiyyət vəsiqələrindən imtina edəcəyini vəd edib
# 19 iyul 2026 02:56 (UTC +04:00)
0:00 / 0:00
80%

İyulun 20-də Böyük Britaniyanın baş naziri vəzifəsinə başlamalı olan Endi Börnhem ölkədə rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqi proqramını tamamilə ləğv edəcəyini açıqlayıb.

APA xəbər verir ki, onun nümayəndəsinin sözlərinə görə, bu layihəyə ayrılması nəzərdə tutulan vəsait yaşayış xərclərinin azaldılması və əhalinin daha çox ehtiyac duyduğu sahələrə yönəldiləcək.

Bildirilib ki, yeni hökumət daha mərkəzləşdirilmiş idarəetmə modelindən imtina edərək yerli hakimiyyət orqanlarının səlahiyyətlərini artırmağı planlaşdırır. Eyni zamanda, Börnhem qeyri-qanuni miqrasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqi planı ötən il qanunsuz məşğulluğun və qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə irəli sürülmüşdü. Lakin təşəbbüsə qarşı təxminən 3 milyon nəfər onlayn petisiyaya imza atmış, bunu kütləvi nəzarətə yol açan addım kimi qiymətləndirmişdi. Nəticədə hökumət rəqəmsal identifikasiyanı məcburi deyil, könüllü əsasda tətbiq etmək qərarına gəlmişdi.

Hazırda Böyük Britaniyada daxili şəxsiyyət vəsiqəsi yoxdur və vətəndaşlar şəxsiyyətlərini əsasən sürücülük vəsiqəsi, kommunal ödəniş qəbzləri və rəsmi dövlət sənədləri ilə təsdiqləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR