Bank Of Baku

Britaniyanın xarici işlər naziri BMT TŞ-nin Ukrayna üzrə iclasına sədrlik edəcək

Britaniyanın xarici işlər naziri BMT TŞ-nin Ukrayna üzrə iclasına sədrlik edəcək
# 04 iyul 2023 04:57 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iyulun 17-də BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclasına sədrlik edəcək.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlamasına həsr olunmuş brifinqdə ölkənin dünya təşkilatındakı daimi nümayəndəsi Barbara Vudvord bildirib.

Bir qayda olaraq, nazirlər səviyyəsində iclaslara BMT Təhlükəsizlik Şurasının digər ölkələrindən nümayəndələr dəvət olunur. Vudvord qeyd edib ki, bir neçə xarici işlər naziri görüşdə iştirak etməyə hazır olduqlarını bildirib, lakin iştirakçıların yekun siyahısı hələ formalaşmayıb.

Rusiyanın xarici işlər nazirinin görüşdə mümkün iştirakı ilə bağlı suala Böyük Britaniyanın daimi nümayəndəsi deyib ki, o, Sergey Lavrovun görüşə gələcəyinə çox şübhə ilə yanaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR