Belçikanın paytaxtı Brüsseldə həyat səviyyəsinin aşağı düşməsinə qarşı keçirilən etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında qarşıdurma baş verib.
RTBF telekanalının məlumatına görə, əvvəlcədən icazə verilmiş nümayiş zamanı şəhərin bəzi ərazilərində polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Aksiyada təxminən 50 min nəfər iştirak edib. Nümayişçilərin əsas hissəsini dövlət sektorunun əməkdaşları, o cümlədən polis işçiləri təşkil edib.
Etirazlara təhsil sisteminin maliyyələşdirilməsini məhdudlaşdıran islahata qarşı çıxan çoxsaylı tələbə və məktəbli təşkilatları da qoşulub.