Bank Of Baku

Brüsseldə “Arzuedənlər Koalisiyası” müdafiə nazirlərinin görüşü başlayıb - VİDEO

Brüsseldə “Arzuedənlər Koalisiyası” müdafiə nazirlərinin görüşü başlayıb - VİDEO
# 10 aprel 2025 17:56 (UTC +04:00)

Brüsseldə “Arzuedənlər Koalisiyası” müdafiə nazirlərinin görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Böyük Britaniya və Fransanın təşkilatçılığı ilə keçirilən görüşdə 30 ölkənin müdafiə nazirləri iştirak edir.

Məlumata əsasən, müzakirələrdə Ukraynada uzunmüddətli sülhün təminatı üçün çoxmillətli qüvvələrin hərbi planlaşması ətrafında fikir mübadiləsi aparılacaq, eləcə də bu hər bir ölkənin rəsmi Ukraynanın təhlükəsizliyinə dəstək imkanlarından istifadə məsələsi nəzərdən keçiriləcək.


Toplantıya Böyük Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Sebastian Lekornyu sədrlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR