Bank Of Baku

Bu gecə Ukraynanın Nikopol bölgəsinə 40-dan çox mərmi atılıb, 30-a yaxın bina zədələnib

Bu gecə Ukraynanın Nikopol bölgəsinə 40-dan çox mərmi atılıb, 30-a yaxın bina zədələnib
# 16 oktyabr 2022 09:22 (UTC +04:00)

Bu gecə Rusiya ordusu Ukraynanın Nikopol bölgəsinə 40-dan çox mərmi atıb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyası rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.

“Onlar Qrad və ağır artilleriyadan iki yeri - Nikopol və Marqanetsi atəşə tutublar. Göydə 40-dan çox Rusiya mərmisi uçdu. 47 yaşlı kişi yaralanıb”, - o yazıb.

Mərmilər bir neçə yanğına səbəb olub. Yanğınsöndürənlər artıq onları söndürüblər. Şəhərdə 30-a yaxın çoxmərtəbəli və fərdi yaşayış evi, sənaye müəssisəsi, minik avtomobilləri zədələnib, bir neçə qaz kəməri və elektrik xətləri sıradan çıxıb. 1500-dən çox ailə işıqsız qalıb. Artıq energetiklər şəbəkələrdə təmir işləri aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR