Bank Of Baku

Bu gün Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün Portuqaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək
# 30 yanvar 2022 06:12 (UTC +04:00)

Bu gün Portuqaliyada koronavirus pandemiyası ilə əlaqədar ölkədə epidemik vəziyyətin gərginləşməsi fonunda növbədənkənar parlament seçkiləri keçiriləcək.

APA-nın məlumatına görə, ölkə vətəndaşları Respublika Məclisinə (birpalatalı parlament) 230 deputat seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-a qədər işləyəcək.

Səsvermənin ilkin nəticələri gecə saatlarında açıqlanacaq.

Qeyd edək ki, seçkiöncəsi keçirilən rəy sorğularının nəticələrinə görə, müxalif Sosial Demokrat Partiyasının qalib gəlmək şansı yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR