Bank Of Baku

Bu həftə Brüsseldə Türkiyə, Finlandiya və İsveç arasında növbəti iclas olacaq

Bu həftə Brüsseldə Türkiyə, Finlandiya və İsveç arasında növbəti iclas olacaq
# 04 iyul 2023 14:20 (UTC +04:00)

İyulun 6-sı Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Üçtərəfli Mexanizmin Daimi Komitə iclasının növbəti görüşü keçiriləcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici içlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi ilə Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ankara bu prosesin prinsiplər əsasında davam edilməsinin tərəfdarıdır.

XİN rəhbəri həmçinin, Türkiyənin Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını sərt şəkildə qınadığını deyib.

“İsveçin NATO-ya üzvlüyünün müzakirə olunduğu bir vaxtda bu ölkənin təhlükəsizlik strukturlarının təxribatın qarşısını almaması bizi təhlükəsizlik baxımından düşündürür. Bu məsələlərdən sonra İsveçin NATO-ya güc qatacağı və ya yük olacağı sualı yaranır. Terrorla mübarizə məsələsində İsveç bir sıra qərar qəbul edib və biz bunun həyata keçirilməsini görə bilərik”, - Hakan Fidan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR