Almaniya Bundestaqının müdafiə komitəsinin sədri Mari-Aqnes Strak-Zimmerman Almaniya kansleri Olaf Şoltsu Varşavadakı “Leopard” tanklarını Kiyevə köçürməyə icazə verməyə çağırıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, o, bu barədə FUNKE media qrupuna müsahibəsində bildirib.
“Əvvəlki kimi ümumavropa təşəbbüsü çərçivəsində “Leopard 2” döyüş tanklarının qısa müddətdə Ukraynaya çatdırılması təklifi doğrudur. Almaniya bunun üçün ixrac icazəsi verməlidir” – deyə deputat qeyd edib.
Yanvarın 11-də Polşa prezidenti Anjey Duda bəyan edib ki, Varşava beynəlxalq koalisiyanın tərkibində “Leopard” tank divizionunu Kiyevə köçürmək qərarına gəlib. Bununla belə, Almaniya öz istehsalı olan bütün silahların son istifadəçisini təsdiq etmək hüququnu özündə saxlayır.