Çad hakimiyyəti Almaniya səfirindən ölkəni tərk etməyi tələb edib.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Diplomat Yan Kristian Qordon Krikeyə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.
Səlahiyyətlilər ölkədən qovulmağa səbəb kimi səfirin diplomatik normalara hörmətsizliyini göstərib.