İranın xarici işlər naziri Cavad Zərif Avstriyanın İsrailə göstərdiyi dəstəyə görə Vyanaya səfərini ləğv edib.
APA-nın Avstriya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Avstriya XİN bildirib ki, mayın 15-də İran xarici işlər naziri Cavad Zərifin Vyana səfəri planlaşdırılırdı, o, avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşəcəkdi, lakin iranlı nazir səfəri ləğv edib.
"Biz buna təəssüflənirik və bunu diqqətə alırıq", - deyə Avstriya XİN bildirib.
Qeyd edək ki, Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında mayın 14-də İsrail bayraqları qaldırılıb.