Bank Of Baku

Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb

Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb
# 04 iyul 2026 03:43 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və G7 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb.

Bu barədə RBK-Ukrayna Zelenskinin "Telegram" kanalında yayımladığı məlumata istinadən xəbər verib.

Zelenskinin sözlərinə görə, Rusiya bir neçə Ukrayna bölgəsinə ardıcıl hava zərbələri endirib. O bildirib ki, Sumı şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən aviazərbə nəticəsində dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

Prezident qeyd edib ki, hazırda dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğu təsdiqlənib.

"Avropanın təzyiq göstərmək üçün kifayət qədər alətləri var. ABŞ və G7 tərəfdaşları Rusiyanın hücumlarını dayandırmaq üçün daha qətiyyətli addımlar atmalıdırlar", – deyə Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR