Ukraynadan Türkiyəyə vətəndaşların təxliyə prosesi qurudan başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"7 ölkə vətəndaşlarını təxliyə etməyimizi, ya da təxliyə prosesinə dəstək verməyimizi istədi. Başda can Azərbaycan olmaqla Qana, Qətər, Monqolustan, Somali, Şri-Lanka və Türkmənistan. Təbii ki, imkanlarımız çərçivəsində bu ölkələrin vətəndaşlarının təxliyəsinə lazımi dəstəyi verəcəyik", - nazir vurğulayıb.