Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə türkiyəli nazir “Twitter” hesabında məlumat paylaşıb.
O qeyd edib ki, görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukraynadakı son vəziyyəti və NATO-nun genişlənməsini müzakirə edilib.