Böyük Britaniya terrorla mübarizədə bizim müttəfiqimizdir. Terrorçuların bizə təhvil verilməsi mövzusunda tələblərimizi tərəfdaşımıza çatdırdıq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Liz Trasla Ankarada birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, həmkarı ilə ikitərəfli münasibətləri, regional məsələləri, o cümlədən Suriya və Ukraynadakı vəziyyəti müzakirə edib.